BƏƏ-də rekord temperatur qeydə alındı

25-05-2025, 14:04           
BƏƏ-də rekord temperatur qeydə alındı
BƏƏ-də havanın temperaturu may ayı üçün rekord səviyyəyə çatıb.

TASS xəbər verir ki, ölkənin Milli Meteorologiya Mərkəzinin verdiyi məlumata görə, şərqdəki Sveyhan rayonunda temperatur 51,6 dərəcəyə yüksəlib, Əbu-Dabidə isə 50,4 dərəcə qeydə alınıb.

Bildirilir ki, bölgədə bu il həmişəkindən daha tez kəskin istilər düşüb. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, aprel ayında orta maksimum temperatur rekordu 42,6 dərəcəyə çatıb.

BƏƏ səlahiyyətliləri sağlamlıqla bağlı xəbərdarlıqlar edib və insanları günün isti saatlarında açıq havada fiziki fəaliyyətdən çəkinməyə çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru