İsrail Qəzzaya 100 yardım maşını buraxdı

25-05-2025, 12:36           
İsrail Qəzzaya 100 yardım maşını buraxdı
İsrail çərşənbə günündən etibarən 100 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib, lakin bu, anklavın iki milyon sakini üçün lazım olan yardım səviyyəsindən çox uzaqdır.

Modern.az-ın xəbərinə görə, bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramı Qəzzada kəskin ərzaq çatışmazlığı barədə xəbərdarlıq edib və anklavda 70 mindən çox uşağın qida probleminin olduğunu bildirib.

Xatırladaq ki, mayın 19-da İsrail hökuməti anklavda aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzzaya əsas ərzaq ehtiyatlarının idxalına icazə verəcəyini açıqlayıb.

Qəzza hökumətinin hesablamalarına görə, sakinlərin ən əsas ehtiyaclarını ödəmək üçün anklavda hər gün humanitar yardım daşıyan 500-ə yaxın yük maşını gəlməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru