Apple şirkətinin rəhbəri Texas qubernatorundan bunu xahiş edib

Dünən, 16:14           
Apple şirkətinin rəhbəri Texas qubernatorundan bunu xahiş edib
"Apple" şirkətinin rəhbəri Tim Kuk Texas ştatının qubernatoru Qreq Ebbota şəxsən müraciət edərək, yeni qəbul olunmuş qanunun ya dəyişdirilməsini, ya da ona veto qoyulmasını xahiş edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Sözügedən qanun layihəsi hələ ki, qubernator tərəfindən imzalanmayıb. Qanun layihəsi App Store istifadəçilərinin – xüsusilə azyaşlıların – hesablarının valideynlərinin hesabına bağlanmasını nəzərdə tutur. Bu halda valideynlər övladlarının yükləmək istədiyi proqramlar barədə bildiriş alacaq və bu yükləmələrə icazə verib-verməmək hüququna malik olacaqlar.

"Apple" və "Google" bu qanuna qarşı çıxmaq üçün müvafiq maraqlı tərəflərlə aktiv əməkdaşlıq edir. "Apple" bəyan edir ki, bu qanun istifadəçilərin məxfiliyinə ciddi təhlükə yarada bilər.

Qanun layihəsinin tərəfdarları isə hesab edirlər ki, bu dəyişiklik valideynlərə uşaqlarının smartfon istifadəsinə daha çox nəzarət imkanı verəcək.

Qeyd edək ki, oxşar qanun layihələri hazırda ABŞ-nin azı doqquz ştatında müzakirə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.