Fransada son günlərin ikinci kütləvi elektrik kəsintisi baş verdi Dünən, 15:24 Fransanın Riviera bölgəsində 48 saatdan az müddətdə ikinci kütləvi elektrik kəsintisi yaşanıb.Bu barədə BBC məlumat yayıb.Məlumata görə, hadisəyə səbəb Nitsa yarımstansiyasında baş verən yanğın olub.Hakimiyyət orqanlarının ilkin qiymətləndirmələrinə görə, hadisənin qəsdən törədilmiş hərəkətlər nəticəsində baş verdiyi ehtimal edilir.Nitsa şəhərinin meri Kristian Estrosi hadisəni kəskin şəkildə pisləyib və bunu "ölkəyə qarşı cinayət əməli" adlandırıb.Qeyd edək ki, hadisə beynəlxalq kinofestivalın keçirildiyi Kannda elektrik kəsintisindən bir gün sonra baş verib. Facebook-da paylaş