Yaponiya səfirliklərdə işləyən aşpazların maaşını artıracaq - SƏBƏB

26-05-2025, 15:38           
Yaponiya səfirliklərdə işləyən aşpazların maaşını artıracaq - SƏBƏB
Yaponiya hökuməti öz səfirliklərində və diplomatik nümayəndəliklərində aşpazların maaşlarını artırmağı planlaşdırır.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, aşpazların maaşı gələn ilin yanvarından başlayaraq ildə 6 milyon yenaya (təxminən 71 min manat - red.) çatdırılacaq. Hazırda bu rəqəm ildə 4-4.5 milyon yenə (təxminən 48-54 min manat - red.) bərabərdir.

Agentlikdən verilən məlumata görə, aşpazlara səfirliklərdən kənarda kirayə mənzillərdə yaşamaq imkanı təklif olunacaq, onların da xərcləri hökumət tərəfindən qarşılanacaq.

Xarici nümayəndəliklərdə aşpazların iş şəraitinin yaxşılaşdırılması qərarı yapon mətbəxinin xaricdə artan populyarlığı fonunda qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru