90 yaşlı britaniyalı kişi torpağın altından 2000 illik xəzinə tapdı

Dünən, 12:58           
90 yaşlı britaniyalı kişi torpağın altından 2000 illik xəzinə tapdı
90 yaşlı britaniyalı Dorset qraflığında qədim xəzinə tapıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Echo" yazıb.

Qoca metalaxtaranın köməyilə 2000 ildən çox yaşı olan Durotriq qəbiləsinin 67 gümüş sikkəsindən ibarət unikal kolleksiya aşkar edib.

Məlumata görə, durotriqlər eramızın 1-ci əsrində Britaniya adalarının Roma İmperiyası tərəfindən fəthindən əvvəl İngiltərənin cənubundakı ərazilərdə məskunlaşan Kelt qəbiləsi olub.

Mayın 29-da nadir xəzinə hərraca çıxarılacaq. Təşkilatçılar bu arxeoloji tapıntıya görə ən azı 20 min funt sterlinq (təxminən 46 min manat) qazanmağı düşünürlər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.