Hitlerin gizli anbarı tapıldı
5-06-2015, 19:40
Milyonlarla insanın ölümünə səbəb olan II Dünya Müharibəsinin əsasını qoyan faşist lideri Hitlerin daha bir sirri ortaya çıxıb. Alman xalqının acından qırıldığı dövrlərdə də Hitlerin vərdişlərindən vaz keçmədiyini sübut edən mənbə 70 il sonra tapılıb. Hitler Saksoniya krallığına aid qalanın anbarında ən sevdiyi konyakları saxlayıb. Alman qurman 51 yaşlı Silvio Stelzer bir vaxtlar Hitlerin anbar olaraq istifadə etdiyi qalanı ev olaraq satın alıb. Lakin o, həm də aldığı evin tarixini öyrənmək istəyib. Araşdırma zamanı o, faşist dövtründə Hitlerin qalanın 7 anbarından birini öz şəxsi mülki kimi istifadə etdiyini və ən bahalı konyak və şərablarını burada saxladığını öyrənib. Stelzer “Adolf Hitler 1944-cü ilin sonlarında artıq Berlini təhlükəsiz hesab etmirdi. Buna görə də bahalı içkilərini, hətta yağ, şokolad, siqaret, sosis, pendir və şirniyyatlarını buraya gətizdirib” deyib. Hitlerin içdiyi bahalı konyakların isə Fransadan gətizdirdiyi iddia edilib.
qaynarxət.biz