Afrika qitəsi parçalanır: Yeni okean meydana çıxacaq

26-06-2025, 15:14           
Afrika qitəsi parçalanır: Yeni okean meydana çıxacaq
Efiopiyanın altında ərimiş mantiya axınları Yerin dərinliklərindən ritmik şəkildə yüksəlir.

Demokrat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Sauthempton Universitetinin alimləri aşkar ediblər.

Ürək döyüntüsünə bənzər bu nəbzlər tədricən Afrika qitəsini parçalayır və yeni okean əmələ gətirir.

İş Nature Geoscience (NG) jurnalında dərc olunub.

Efiopiya yarığı, Qırmızı dəniz yarığı və Ədən körfəzində üç tektonik qırılma eyni anda birləşir.

Bölgədə toplanmış 130-dan çox vulkanik süxur nümunəsinin təhlili, seysmoloji məlumatlar və kompüter modelləşdirməsi alimlərin fikrinin doğruluğunu göstərir.

Alimlərin fikrincə, milyonlarla ildən sonra hazırkı çat tam hüquqlu okeana çevriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru