Şimali Koreyada yeni turizm kurortu açılacaq

27-06-2025, 17:18           
Şimali Koreyada yeni turizm kurortu açılacaq
Gələn həftə Şimali Koreyanın şərq sahilində Vonsan Kalma kurortunun istifadəyə verilməsi gözlənilir.

"New York Post" xəbər verir ki, ölkə hökuməti bunu turizm sənayesində "yeni dövrün başlanğıcı" kimi dəyərləndirir. Bununla belə, sərhədlərin əcnəbi qonaqlar üçün açılması məsələsi cavabsız qalır.

Şimali Koreya dövlət mediasının məlumatına görə, kurort kompleksi 20 minə yaxın qonağı qəbul etmək üçün nəzərdə tutulub. Turistlər dənizdə üzə, idmanla məşğul ola, yerli restoran və kafelərdə yemək yeyə biləcəklər.

Ötən günlərdə Şimali Koreya lideri Kim Çen In müəssisəyə şəxsən baş çəkib və rəsmi açılış mərasimində iştirak edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru