Britaniya “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə satışının uğurla nəticələnəcəyinə əmindir

1-07-2025, 12:44           
Britaniya “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə satışının uğurla nəticələnəcəyinə əmindir
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Türkiyəyə “Eurofighter Typhoon” qırıcılarının satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmindir.

Diplomat bunu Ankaraya səfəri ərəfəsində “Hürriyet” qəzetinə açıqlamasında deyib.

"Biz “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı məsələsində irəliləyişə nail olmağa davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşının hamısı bu satışı dəstəkləyəcək", - D.Lemmi qeyd edib. Onun fikrincə, Türkiyəyə “Eurofighter”in satışı "NATO-nun əsas müttəfiqləri arasında onilliklər boyu inkişaf edən dostluq əlaqələrini gücləndirəcək".

Qeyd edək ki, Böyük Britaniya, İspaniya və İtaliya əvvəldən Ankaraya qırıcıların satışına qarşı olmayıb, lakin “Eurofighter”i istehsal edən konsorsiumun iştirakçısı olan Almaniya bu sövdələşməyə icazə verməyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə bəyan edib ki, Ankara qırıcıların alınması ilə bağlı danışıqları davam etdirir və onların müsbət nəticələnəcəyinə ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru