SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"

1-07-2025, 12:21           
SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"
"İsrailin hava hücumundan müdafiə qüvvələri son münaqişə zamanı İrandan atılan demək olar ki, bütün PUA və raketləri ələ keçirib".
TASS agentliyi xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi Avixay Edri məlumat verib.

"İran ərazilərimizə doğru mindən çox pilotsuz uçan aparat göndərib və onların böyük əksəriyyəti, yəni 99 faizi ələ keçirilib. Ballistik raketlərdən söz düşmüşkən, onların 86 faizi ələ keçirilib. Bu, həm də beynəlxalq səviyyədə rekord göstəricidir", - deyə SAXAL nümayəndəsi qeyd edib.

O əlavə edib ki, İranın raket hücumu planı uğursuzluqla başa çatıb və İsrailin hava hücumundan müdafiə qüvvələri əhəmiyyətli uğurlar əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru