Pauell: Trampın tarif siyasəti olmasaydı, FED bu il faizləri endirəcəkdi

3-07-2025, 11:34           
Pauell: Trampın tarif siyasəti olmasaydı, FED bu il faizləri endirəcəkdi
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell prezident Donald Trampın tarif siyasəti olmasaydı, bu il faiz dərəcələrinin endiriləcəyini bəyan edib.
İqtisadiyyat.az CNN-\ istinadla xəbər verir ki, Pauell bu fikrini Portuqaliyanın Sintra şəhərində keçirilən mərkəzi bank forumunda səsləndirib. Onun sözlərinə görə, FED Trampın gömrük tarifləri ilə bağlı qərarlarının ABŞ iqtisadiyyatına mümkün təsirlərini izləyir və bu səbəbdən də faiz endiriminə getməyə tələsmir. Pauell bildirib ki, FED rəsmilərinin əksəriyyəti dərəcələrin ilin sonuna doğru endirilməsini məqsədəuyğun hesab edir.

İyul ayında dərəcələrin endirilib-endirilməyəcəyi ilə bağlı suala isə Pauell konkret cavab verməyərək “heç bir görüşü masadan çıxarmırıq, amma masaya da qoymuruq” deyə bildirib. Bu da göstərir ki, FED-in növbəti qərarı iqtisadi göstəricilərdən və tariflərin inflyasiyaya təsirindən asılı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru