Tramp Rusiyanın bank və şirkətlərinə qarşı sanksiyaları ləğv edib

3-07-2025, 11:37           
Tramp Rusiyanın bank və şirkətlərinə qarşı sanksiyaları ləğv edib
ABŞ prezidenti Donald Tramp bir sıra Rusiya bankları və şirkətlərinə qarşı sanksiyaları ləğv edən sərəncam imzalayıb.

AzPost bildirir ki, yayımlanan bəyanatda aşağıdakılar sanksiya siyahısından çıxarılıb:
Kalmıkiyanın ilk prezidenti Kirsan İlyumjinov, habelə ona bağlı olan təşkilatlar, o cümlədən:
Rusiya Maliyyə Alyansı Bankı, Tempbank, RFK-Bank, “Promsyriemport”, “Global Concepts Group”, Global Vision Group, STG Logistic, Maritime Assistance və İranın “Mir Business Bank”.

Sanksiyalar əvvəllər Suriyanın Bəşər Əsəd hökumətinə yardımla bağlı narahatlıqlara görə tətbiq edilib, lakin rəsmilər bu əsasların artıq əhəmiyyət kəsb etmədiyini deyirlər.

Rusiyanın “Rosoboroneksport” dövlət şirkəti də sanksiyalar siyahısından çıxarılıb.
Bu şirkət hərbi və ikili təyinatlı məhsulların, texnologiyaların və xidmətlərin ixracı və idxalı üçün Rusiya Federasiyasının yeganə dövlət vasitəçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru