Şahzadə Uilyam Kraliça Kamillaya ULTİMATUM verdi

3-07-2025, 12:38           
Şahzadə Uilyam Kraliça Kamillaya ULTİMATUM verdi
Xərçəngdən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın ölümündən sonra taxta çıxmalı olan Şahzadə Uilyam Kraliça Kamillaya ultimatum irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Radar" nəşri məlumat yayıb.

Bildirilir ki, Kral III Çarlz ölümündən sonra saraya və maliyyə məsələlərinə Kamillanın nəzarət etməsi ilə bağlı göstəriş verib. Uilyam bu şərti qəbul edib, lakin ögey anasına bir tələb irəli sürüb. O istəyib ki, 77 yaşlı Kamilla alkoqoldan sui-istifadə etməyi və təkəbbürlü davranmağı dayandırsın.

Məlumata görə, Kamilla uzun illər taxta çıxmağı gözlədikdən sonra qısamüddətli hakimiyyətindən məyus olub. Məlumatlı mənbələr deyirlər ki, o, Keyt Middltonla tez-tez baş verən münaqişələr və şahzadə Harri tərəfindən ünvanlanan tənqidlər fonunda stresini içki ilə azaltmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru