ABŞ-nin Nümayəndələr Palatasında çıxışın uzun çəkməsinə görə rekord qırıldı

4-07-2025, 17:34           
ABŞ-nin Nümayəndələr Palatasında çıxışın uzun çəkməsinə görə rekord qırıldı
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris Konqresin aşağı palatasında çıxışın uzun çəkməsinə görə tarixi rekorda imza atıb.

Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.

Belə ki, siyasətçi 8.5 saatdan çox fasiləsiz danışıb.

O bunu "sehrli dəqiqə" qaydasından yararlanaraq bacarıb. Sözügedən qayda Nümayəndələr Palatasında partiya liderlərinə qeyri-məhdud müddətə danışmağa imkan verir.

Ceffris çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın xərclər və vergilərlə bağlı qanununu tənqid edib.

Qeyd edək ki, buna qədər rekord Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkartiyə məxsus olub. O, 2021-ci ildə 8 saat 32 dəqiqə danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru