Aralıq dənizinin dibindən Antik dövrün yeddi möcüzəsindən biri çıxarıldı

10-07-2025, 17:18           
Aralıq dənizinin dibindən Antik dövrün yeddi möcüzəsindən biri çıxarıldı
Misirin liman şəhəri İsgəndəriyyədə Aralıq dənizinin dibindən 22 massiv daş blok qaldırılıb. Alimlər hesab edirlər ki, bunlar vaxtilə antik dünyanın yeddi möcüzəsindən biri sayılan məşhur İsgəndəriyyə mayakının bir hissəsi olub.

Bu barədə "Live Science" nəşri xəbər verir.

Mayak eramızdan əvvəl 280-ci ildə II Ptolemeyin göstərişi ilə inşa edilib və hündürlüyü 100 metrdən çox olub. O gəmilərə limana təhlükəsiz girişi göstərmək üçün istifadə olunurdu.

Mayak XIV əsrdə baş verən zəlzələlər nəticəsində dağılıb.

Yeni tapılan daşlar, daha əvvəl tapılan 100-dən çox blokla birlikdə rəqəmsal şəkildə skan ediləcək və 3D model hazırlanacaq. Layihəyə arxeoloqlar, tarixçilər və memarlar rəhbərlik edirlər. Məqsəd - mayakın virtual rekonstruksiyasını yaratmaqdır.

Tapıntılar arasında 70-80 tonluq qapı hissələri, misirüslublu sütunlar və mərasim qapıları da var. Tədqiqatçılar bu hissələri "arxeoloji pazl" kimi birləşdirərək mayakın orijinal formasını bərpa etməyə çalışırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru