Çin yalnız robotların çalışdığı yeraltı dünya yaradıb
Bu gün, 16:38
Çin Aydakı şəraiti simulyasiya edən yeraltı sınaq meydançasının tikintisini başa çatdırıb.
Bu barədə "Space" nəşri yazır.
Məlumata görə, bu meydança Yerin peykinin daxilini öyrənəcək avtonom robotları sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Yeraltı tədqiqat sahəsi Heylunsyan əyalətinin şimal-şərqində yerləşən Tsinqbo gölü yaxınlığındakı vulkanik lava mağarasında yaradılıb.
Ehtimal olunur ki, təkcə Yerdə deyil, Ayda da mövcud olan lava boru sistemləri (vulkan püskürmələri zamanı əmələ gələn təbii yeraltı kanallar və ya tunellər) insanların müdafiəsini təmin edə bilər.
Qeyd edək ki, Çin 2030-cu illərin ortalarında Ayda ilk bazasını qurmağı planlaşdırır.