Kiyev Ukrayna əraazisində raket əlyehinə müdafiə sistemlərinin yerləşdirilməsi üçün Qərbə müraciət etməyib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib. Prezident sözüügedən məsələ ilə bağlı Avropa ölkələrinə müraciət edilməyib.
"Heç bir müraciət olmayıb. Hazırda bu məsələni gündəmə gətirməyin mənası yoxdur", deyə Porşeno bildirib.
Xatırldaq ki, Kreml bəyan edib ki, əgər Ukraynada raket əlyehinə müdafiə sistemləri yerləşdirilərsə, Rusiya buna adekvat cavab verəcək.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ərazisinə sözügedən raket sistemlərinin yerləşdirilməsini Rusiyanın təhlükəsizliyi üçün təhdiddir və bunun dərhal cavabı veriləcək.