"​Mazda" 1,6 mln. avtomobili geri çağırıb

6-06-2015, 19:41           
"​Mazda" 1,6 mln. avtomobili geri çağırıb
Yaponiyanın avtomobil istehsalçısı "Mazda" 1,6 mln. avtomobili geri çağırıb. Buna səbəb isə hava yastığında ölümcül risk daşıyan nöqsan aşkarlanmasıdır.
Teref info bildirir ki,"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, beləliklə də geri çağırılan avtomobil sayı 2,02 mln.-u keçib. Bundan əvvəl 2003-2008-ci illərdə istehsal olunmuş 465 min avtomobil ABŞ-dan və 76 min avtomobil Yaponiyadan geri çağırılıb.
Şirkətdən avtomobildə təhlükəsizlik məqsədilə quraşdırılmış hava yastığının partlaması ehtimalının olduğu və nəticədə sürücü və sərnişinlərə xəsarət yetirəcəyinin mümkünlüyü bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.