Söyün Sadıqovla Ara Abramyan dost çıxdılar - FOTO

8-06-2015, 17:33           
Söyün Sadıqovla Ara Abramyan dost çıxdılar - FOTO
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun ermənilərlə yaxın münasibətə malik olması barədə yeni iddialar ortaya çıxıb. Hələ bir neçə gün əvvəl Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Mirəşrəf Fətiyev JAAM.AZ-a verdiyi müsahibəsində bununla bağlı konkret faktlar da ortaya qoyub.

O bildirib ki, Söyün Sadıqovun ermənilərlə münasibətlərini əks etdirən yetərli qədər dəili-sübut var. «Məsələn, Söyün Sadıqov keçirilən tədbirlərin birində vurğulayıb ki, «Bizim Rusiyada azərbaycanlı və ermənilərin birgə yaşayıb, birgə işləməyindən xəbərimiz var. Ermənilərlə Azərbaycanalıların yenidən ailə həyatı qurmalarından da xəbərdarıq, və bu məni sevindirir». Onun bir başqa deyimi isə belə olub: “Hörmətli ağsaqqallar və gənclər, sizdən xahiş edirəm erməni-Azərbaycan münaqişəsini kənara qoyun, ancaq birgə fəaliyyətimizlə bağlı təkliflər edin». Və ya o, “Qarabağ problemi Azərbaycan və Ermənistanın problemləridir. Bu problemi Rusiyadakı erməni və azərbaycan icmaları unutmalıdır. Gəlin unudaq bu münaqişəni. Gəlin ermənilərlə azərbaycanlıların birgə ailələrini yaradaq” deyə bildirdiyi də gizlin deyil».

Dünən isə Söyün Saqdıqovun Rusiyada yaşayan məşhur erməni milyonçu Ara Abramyanla fotoları yayılıb. Həmin fotolarda Sadıqovla Abramyanın hansısa birgə tədbir təşkil etdikləri diqqəti çəkir.

Xatırladaq ki, Ara Abramyan Ermənisanın milli qəhrəmanlarından biri sayılır. Buna səbəb onun erməni diasporuna etdiyi böyük yardımlar və xidmətlər, habelə Ermənistan və işğal altında olan Dağlıq Qarabağda orta məktəblər inşa etməsidir. Belə bir adamlar Azərbaycan diasporunun təmsilçisi Söyün Sadıqovun bir arada olması, hətta dostluq münasibətlərinə malikliyi qətiyyən başadüşülən deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.