Rusiyaya 5 ən yaxın dost ölkə - Azərbaycan o sırada yoxdur
8-06-2015, 18:55
Rusiyalıların əksəriyyəti ABŞ, Avropa Birliyi (AB) və Ukrayna haqda neqativ fikirdədir, ən yaxın dost ölkələr kimi isə Belarusu, Çini və Qazaxıstanı hesab edir.
Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, “Levada-Sentr”-in mayın 22-25-də Rusiyanın 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirdiyi sorğu bu nəticəni üzə çıxarıb.
Nəticələrə görə, respondentlərin 73%-i ABŞ, 59%-i isə AB və Ukrayna haqda pis fikirdədirlər. “Anti-reytinq”də sonrakı yerləri Baltikyanı ölkələr və Polşa tutur.
Rəyi soruşulanların 39%-i Almaniya ilə münasibətləri normal saydıqlarını bildirib, 33% isə hesab edir ki, əlaqələrdə sərinlik var.
Ən yaxın dost ölkələr kimi Belarus (55%), Çin (43%), Qazaxıstan (41%), Hindistan (18%) və Ermənistan (18%) hesab edilib.
Göründüyü kimi, Azərbaycan Rusiyaya dost ölkələrin birinci 5-də yer almayıb.