"Putini dayandıracaq qətiyyətdə dünya lideri yoxdur" - Amerikalı general

9-06-2015, 11:11           
"Putini dayandıracaq qətiyyətdə dünya lideri yoxdur" - Amerikalı general
“Sanksiyalara baxmayaraq, Rusiya prezidenti Vladimir Putin daha güclü təsirə malikdir AB və digər dünya dövlətlərinin başçıları”

Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın ehtiyatda olan dörd ulduzlu generalı, hərbi ekspert Cek Kin Fox News kanalında çıxış edib. General günümüzdə Putini dünyanın ən qüdrətli və hörmət edilən lideri sayır. Onun dediyinə görə, “Rusiya prezidenti Krım və Ukraynanın şərqini ölkəsinə birləşdirməyi bacardı. Heç kəs onu dayandıra bilməz, çünki buna qətiyyəti çatacaq dünya lideri yoxdur. Qərb Putinə qarşı daha çox sanksiyalar tətbiq edə bilər, ancaq Putin bu sanksiyaları sadəcə görməzdən gələ bilər”. Cek Kinin fikrinə görə, Putinin iki yolla dayandırmaq olar. Ukraynaya odlu silah verməklə və Baltikyani ölkələrdə çoxlu sayda qoşun cəmləşdirməklə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.