MKİ rəhbəri:"Tramp ölkəni təhlükəyə atır"

10-01-2017, 10:17           

Donald Tramp ABŞ kəşfiyyatı haqqında verdiyi açıqlamalarla ölkəmizin sabitliyinə təhlükə yaradır.

Bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Brenan deyib.

“Yeni hökumət və onun rəhbəri dünyanın təhlükəli yer olduğunu anlamalıdır. Kəşfiyyat ölkənin mənafeyini qoruyub saxlamaq üçündür. Kəşfiyyat məlumatlarını ciddiyə almayan prezident ölkəmizi təhlükəyə ata bilər”, – MKİ rəhbəri bildirib.

Qeyd edək ki, Tramp Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı kəşfiyyat orqanlarının yaydığı məlumatı qeyri-ciddi adlandırmışdı. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru