ABŞ-ın qara siyahısı böyüyür - İki KQB-çi və...

10-01-2017, 13:06           
ABŞ-ın qara siyahısı böyüyür - İki KQB-çi və...
ABŞ Maliyyə Nazirliyi “Maqnitski aktı” əsasında Rusiyanın 5 vətəndaşına sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Qara siyahıya Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin (Ədliyyə generalı – red.) düşüb. Siyahıda həmçinin Andrey Luqovoy, Dmitri Kovtun, Stanislav Qordiyevski, Gennadi Plaksinin adı yer alıb.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ildə ABŞ hökuməti tərəfindən qəbul edilib. O zaman bu qanun yalnız insan haqlarını pozan Rusiya vətəndaşlarına tətbiq edilirdi. Obama hakimiyyətinin sonlarına yaxın qanun bütün dünya dövlətlərinə aid edildi.

Siyahıda yer alan Andrey Luqovoy və Dmitri Kovtun Rusiya deputatlarıdır. Hər iki şəxs mətbuat tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları adlandırılırlar. Bu şəxslərin hər biri SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işlədiklərini təsdiqləsələr də, FTX ilə əlaqələrinin olmadığını bildirirlər. Maraqlı məqam odur ki, həm Luqovoy, həm də Kovtun Rusiya FTX-nın keçmiş əməkdaşı Aleksandr Litvinenkonun Britaniyada zəhərlənərək öldürülməsinin birbaşa iştirakçısı sayılırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru