Dağıstanlı eşşəyini avtobusla Moskvaya göndəmək istəyib!

11-01-2017, 00:53           
Dağıstanlı eşşəyini avtobusla Moskvaya göndəmək istəyib!
Bir dağıstanlı öz eşşəyini avtobusla Moskvaya göndərməyə cəhd edib.

Kişi sərnişinlərin gülüşü altında avtobusun sürücüsünü razı salmağa çalışıb ki, eşşəyini yük yerinə yerləşdirsin. O, sürücünü inandırmağa çalışıb ki, eşşəyi sakit heyvandır və yük yerinə yerləşər.

Məlumatda bildirilir ki, kişi böyük ehtimalla, eşşəyi Moskvaya yola salmağı planlaşdırıb.

Avtobusun sərnişinləri eşşək sahibi ilə beləcə zarafatlaşıblar: «Sən ona hara aparırsan? Onun pasportu varmı?».

Hamı gülüşüb. Son nəticədə, kişi eşşəyi yük yerinə yerləşdirə bilib. Görünür, belə vəziyyətlərə öyrəşmiş eşşəkciyəz heç bir müqavimət göstərməyib və yük yerində müticəsinə «oturub».AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru