ABŞ-ın İrana hücum planı üzə çıxdı - Mattis
11-01-2017, 10:15

ABŞ-ın Müdafiə naziri Ceyms Mattisin İrana hücum planı ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Mattisin bu planı 2011-ci ildə hazırladığını bildirib.
Belə ki, o zaman Mattis Tehranı 15 ABŞ əsgərinin ölümündə günahkar bilirdi. Buna görə də İrandakı neft mədənlərinin məhv edilməsi ilə bağlı xüsusi plan hazırlanmışdı, amma Obama administrasiyası bu təklifi rədd edib:
“Çox çətin dövrlər idi. Amerika o vaxt İranın dəstəyi ilə həyata keçirilən hücumları həll edə bilmişdi, İrandan gələn uzunmüddətli təhdidləri əngəlləmək üçün bu, yetərli deyildi. O vaxt ABŞ Müdafiə naziri Leon Panetta Mattisin təklifinin Ağ Ev tərəfindən qəbuledilməz olduğunu söyləmişdi. 2010-cu ildə ABŞ-ın Yaxın Şərq əməliyyatlarından məsul komandanı Mattis vəzifəyə gətirildiyi gün Obamaya, “üç məqsədim var. Birincisi İran, ikincisi İran, üçüncüsü də İrandır” demişdi”.
Qəzet Mattisin İran hücum planlarının fərqli tarixlərdə yenidən gündəmə gəldiyini bildirib. 2011-ci ildən sonra Mattis yenidən Obama administrasiyasına müraciət edərək, Hörmüz boğazındakı gəmiləri vurmaq planını təqdim edir. Lakin Obama zamanla onu İrandan uzaqlaşdırmağı bacarıb.
Üstəlik, Mattisə Tehranı İsrailin İranı vuracağı ilə bağlı hədələməsinə də izn verilmir.