Tramp çinli milyarderi ABŞ-da iş qurmağa cəlb etdi
11-01-2017, 10:25
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp tanınmış çinli iş adamı Cek Ma ilə iş birliyinə başlayacaq.
Ölkə.Az xəbər verir ki, Cek Manın təsisçisi olduğu “Alibaba Group” şirkəti ABŞ-da rahat şəkildə fəaliyyət göstərəcək. Lakin burada çalışan işçilər ancaq amerikalılar olacaq.
Beləliklə də, ABŞ-da 1 milyondan çox iş yeri açılacaq.