Məşhur amerikalı müğənnilər və aktrisalar Donald Trampa qarşı etiraz yürüşü keçirəcəklər.
Yürüşdə aktrisalardan Skarlett Yohansson, Culiyanna Mur, Frensis Makdormand, Amerika Ferrera, Emi Şumer, müğənnilərdən Şer və Keti Perri Trampa qarşı etiraz yürüşündə iştirak edəcəklər.
Yalnız qadınların qatılacağı aksiya yanvarın 21-də - yeni prezidentin vəzifəyə başlamasından sonrakı gün Vaşinqtonda baş tutacaq.
Eyni gündə ABŞ-ın digər ştatlarında 150-dən çox bənzər aksiyanın da keçiriləcəyi gözlənilir./axsam.az