Tramp məşhur telekanalı yenə tənqid etdi – Qalmaqal

13-01-2017, 00:15           
Tramp məşhur telekanalı yenə tənqid etdi – Qalmaqal
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dünyanın ən məşhur telekanallarından olan CNN arasında qalmaqal davam edir.

Azvision.az xəbər verir ki, Tramp ötən gün keçirdiyi mətbuat konfransında baş verənlərdən sonra yenidən “Twitter” səhifəsində CNN-in əleyinə fikir bildirib.

Tramp CNN-in getdikcə etibarını itirdiyini, seçkilərdən sonra telekanalın çöküş içində olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən gün keçirdiyi ilk mətbuat konfransında Tramp CNN-in müxbirinin ona sual ünvanlamasına icazə verməyib.

“Siz yalan xəbərlər hazırlayan bir qurumsunuz” – yeni prezident jurnalistə deyib.

Müxbirin “Şirkətimizə sözlərinizlə hücum edirsiniz” cavabına əsəbiləşən ABŞ prezidenti “Qurumunuz çox bərbaddır” – deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru