Çeçenistanda terrorçular WhatsApp-ın köməyi ilə tapılıb

13-01-2017, 11:18           
Çeçenistanda terrorçular WhatsApp-ın köməyi ilə tapılıb
Çeçenistan Respublikasının güc strukturları İŞİD terror qruplaşmasının izinə WhatsApp mesencerində yazışmaları sayəsində düşüb. FaktXəbər-in məlumatına görə, bu barədə «Kommersant» ölkənin güc strukturlarına istinadən xəbər yayıb.

«Terrorçuların Tsotsi-Yurd Kurçaloy rayonuna basqın etmək planları barədə hüquq mühafizəçilər təkcə onların əvvəlcədən saxlanılan tərəfdarlarından öyrənməyiblər, həmçinin ekstremistlərin özlərinə qrup yaratdıqları WhatsApp mesencerində yazışmaları onları ələ verib», - deyə mənbə bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat başlayandan dərhal sonra bu kənddən respublika abonentlərinə söhbətlərin silinməsinin tövsiyə olunduğu ismarıclar daxil olub.

Xatırladaq ki, yanvarın 11-də Çeçenistanda onlarla İŞİD üzvü həbs olunub. Xüsusi əməliyyat zamanı Rusiya Qvarldiyasının 2 hərbçisi həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru