ABŞ-Çin müharibəsi başlaya bilər

15-01-2017, 08:55           
ABŞ-Çin müharibəsi başlaya bilər
ABŞ-la Çin arasında müharibə başlaya bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə Çin Kommunist Partiyasının qəzeti olan “Qlobal Tayms” çıxış edib. Qəzetin bu çıxışına səbəb ABŞ dövlət katibi vəzifəsinə namizəd Reks Tillersonun Senatdakı dinləmələr zamanı işlətdiyi ifadələr olub:

“Əgər Tillerson böyük nüvə gücünün öz torpaqlarını tərk etməsini istəyirsə, gərək nüvə silahından istifadə strategiyası haqqında düşünsün. ABŞ bizi başqa cür Cənubi Çin dənizindəki adalardan çıxara bilməz. Görünür, Tillerson, sadəcə, Senat qarşısında xal toplamaq üçün Çini hədəf seçib”.

Qeyd edək ki, Tillerson Senat qarşısında çıxışı zamanı dövlət katibi olacağı halda ilk işinin Çinə mesaj göndərmək olacağını bildirib. O, Pekini Cənubi Çin dənizindəki mübahisəli adalardan çıxarmağa çalışacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru