Təhlükəli terrorçu Çeçenistanda ələ keçdi

15-01-2017, 09:00           

Çeçenistanda Suriyadakı İŞİD silahlıları tərəfindən əlaqələndirilən terrorçu dəstənin xüsusilə təhlükəli üzvü saxlanılıb.
Publika.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
“Şənbə günü xüsusilə təhlükəli terrorçu İmran Datsayev saxlanılıb. O, bundan əvvəl Gəldağan kəndində keçirilən əməliyyat zamanı qaçmağa müvəffəq olmuşdu. Lakin Minutka meydanı yaxınlığındakı “Orbita” ticarət mərkəzinin həyətində saxlanılıb. Mühasirəyə alınan cinayətkara təslim olmaq təklif edilib. O, polislərə əl qumbarası atıb. Buna baxmayaraq, Datsayevi sağ ələ keçirmək mümkün olub”, - deyə Kadırov Instagram səhifəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru