Terrorçular Dəməşq yaxınlığında suriyalı generalı öldürüblər

15-01-2017, 09:09           

Dəməşq yaxınlığındakı Vadi-Barada vadisində lokal atəşkəs rejiminin tətbiqi prosesini koordinasiya edən Suriya ordusunun generalı Əhməd əl-Qadban terrorçular tərəfindən qətlə yetirilib. Bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Məlumata görə, general Dəməşq yaxınlığında ən böyük içməli su rezervuarının yerləşdiyi Ayn-əl-Fici su mənbəyi rayonunda öldürülüb. İnsidentin təfərrüatları açıqlanmır. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.