“Məlum məsələdir ki, pul yoxdur”-Dmitri Medvedyev

15-01-2017, 09:20           

Rusiyada media sahəsində hökumət mükafatlarının təqdimetmə mərasimində laureatlardan biri, jurnalist Georgi Bovt öz mükafatını hökumətin “layk”ı adlandırıb.
teref.az virtualaz.org-a istinadən bildirir ki, buna cavab olaraq, baş nazir Dmitri Medvedyev bildirb ki, hökumət jurnalistlərin “hökumətdən təkcə kliklər yox, həm də “layk”lar almasına” çalışacaq.
“Həyat çətin şeydir. Məlum olduğu kimi pul yoxdur. Mən bunu bilirəm”. Hökumət başçısı ən uzun yeni il bayramlarının Rusiyada olduğuna da eyham vuraraq deyib: “Tanrıya şükürlər ki, bu gün (yanvarın 13-də) ölkə və insanların bayramısona çatır”.
Ötən ilin mayında Medvedyev Krımda təqaüdçülərlə görüşü zamanı təqaüdlərin indeksasiyası barədə sualı belə cavablamışdı: “Sadəcə, indi pul yoxdur. Pul tapandan sonra indeksasiya edəcəyik. Siz burda dözün! Sizə xoş günlər və yaxşı əhval arzulayıram!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru