Nənəsini, atasını və bacısını baltalayıb öldürdü

16-01-2017, 00:43           
Nənəsini, atasını və bacısını baltalayıb öldürdü
Rusiyada 17 yaşlı yeniyetmə məişət zəminində mübahisəyə görə nənəsini, atasını və bacısını qətlə yetirməkdə şübhəli sayılır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə yanvarın 14-də Tambovsk vilayətinin Sosnovka qəsəbəsində baş verib. Evlərdən birində 67 yaşlı qadın, onun 43 yaşlı oğlu və 14 yaşlı qız nəvəsinin meyitləri tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Qısa müddət sonra 17 yaşlı yeniyetmə saxlanılıb. İstintaqın versiyasına görə, yanvarın 14-də səhər ailədaxili mübahisəyə görə qəzəbli olan yeniyetmə yuxuda olan nənəsinə, atasına və bacısına çoxsaylı balta zərbəsi endirib. Nənə və bacı hadisə yerində, xəstəxanaya çatdırılan ata isə az sonra xəstəxanada ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru