NASA yadplanetlilərin evini də çəkdi - Foto

16-01-2017, 09:22           

NASA-nın Marsda lentə aldığı fotolarda alim-ufoloqlar şüurlu həyatın əlamətlərinə rast gəlib.

Axar.az “İnforming”ə istinadən xəbər verir ki, ufoloqlar fotolarda iki canlı varlığın, kosmik gəmilərin və yaşayış evlərinin olduğunu ortaya çıxarıb. Mütəxəssislər Qırmızı Planet ərazisində pəncərələrinin belə aydın göründüyü yaşayış binasını üzə çıxarıb.

Evlərdən çox da uzaq olmayan bir məsafədə ufoloqlar kosmik gəmiyə bənzər bir obyekt görüb. İddialara görə, hətta fotolarda yerli əhali olduğu guman edilən iki canlı məxluqun başı da görünür.

Ufoloqlar NASA-nın çəkdiyi ağ-qara fotolarda sözügedən elementlərin aşkar edilməsinin çətin olduğuna görə fotoya rənglər qatıb.

Bu kəşf alimlərin Marsda şüurlu sivilizasiyanın olduğu haqda mövcud olan nəzəriyyələrini təsdiqləməyə kömək edir.
NASA yadplanetlilərin evini də çəkdi - Foto













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru