Primakov üçün dərman əməliyyatı – ABŞ-ın casus planı

16-01-2017, 12:19           

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bazar günü ilk dəfə ABŞ-ın rusiyalı diplomatları əməkdaşlığa cəlb etmək cəhdindən danışıb.

Axar.az xəbər verir ki, o, bu haqda “Rusiya 1” kanalına danışarkən məlumat verib:

“Sözügedən insident bir neçə il əvvəl yaşanıb. İşçilərdən biri keçmiş baş nazir Yevgeni Primakovun müalicəsi üçün lazımi dərmanlar almalı idi. Bu dərmanı yalnız ABŞ-dan almaq olardı. Ailəsi və yaxınları 10 min dollar yığaraq bir işçini bu dərmanlar üçün ABŞ-a yollayıb. ABŞ-ın xüsusi xidmət orqanları həmin şəxsi aptekin zirzəmisinə salıb və bir saat orada saxlayıb. Danışıqlar zamanı onlar işçini qanunsuz dərman alverində ittiham edərək öz tərəflərinə çəkmək istəyib. Şəxs buraxıldıqda ondan dərman alınıb və pullar geri qaytarılmayıb”.

Zaxarovanın sözlərinə görə, problem Dövlət Departamentinin müdaxiləsindən sonra həll olunub və bütün işlər görülüb ki, bu preparat tezliklə Rusiyaya çatdırılsın.

Qeyd edək ki, əli Azərbaycan xalqının qanına batmış, 20 yanvar qırğının memarlarılndan biri sayılan, diplomat, akademik Yevgeni Primakov 2015-ci il iyunun 26-sında 85 yaşında ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.