ABŞ-da aktiv neft quyularının sayı gözlənilmədən azalıb

16-01-2017, 14:33           
ABŞ-da aktiv neft quyularının sayı gözlənilmədən azalıb
ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı yanvarın 7-dan 13-dək 6 ədəd və ya 0,9% azalaraq 659-a çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 7 ədəd və yaxud 1,32% azalaraq 522 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,74% artaraq 136 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 7 ədəd və yaxud 1,35%, qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,74%, ümumilikdə isə neft-qaz quyularının sayı 9 ədəd və yaxud 1,38% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 65,2% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 67,6% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay müddətində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət etməsi gözlənilir. Belə olduğu təqdirdə, ABŞ-da aktiv neft quyularının sayında ciddi artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq. Qeyd edək ki, son hesabat həftəsində ABŞ-da aktiv neft-qaz quyularının sayının azalmasının texniki səbəblərdən baş verdiyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru