Meksikada "Reina" qətliamının təkrarı — Gecə klubuna hücum edildi

16-01-2017, 21:13           

Meksikada gecə klubuna hücum edilib.

Ölkə.Az xəbər verir ki, Meksikanın Playa Del Karmen şəhərində məşhur gecə klubuna hücum edilib. Silahlı hücum nəticəsində 4 nəfər həlak olub.

10 gündür davam edən elektronik musiqi festivalının final gecəsində "Blue Parrot" klubuna hücum təşkil edilib. Terrorçu klubun pəncərəsindən içəriyə atəş açıb.

Festivalda iştirak edən şotlandiyalı Dj Jackmaster hücum nəticəsində 5 nəfərin öldüyünü, çoxlu yaralı olduğunu bildirib. İngiltərənin "Express" qəzeti isə 8 nəfərin öldüyünü bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru