İranın paytaxtı Tehran səmasında pilotsuz uçuş aparatı (PUA) vurulub. “Report” “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bunu Tehranın qubernatoru İsa Fərhadi bildirib. Onun sözlərinə görə, PUA Tehranın uçuş qadağan edilən zonasına yaxınlaşanda vurulub. İ.Fərhadi deyib ki, hakimiyyət hələlik PUA-nın kimə aid olduğunu müəyyənləşdirməyib.