Olland Trampın Aİ və NATO haqqında bəyanatını tənqid edib

17-01-2017, 09:36           
Olland Trampın Aİ və NATO haqqında bəyanatını tənqid edib
Fransa prezidenti Fransua Olland ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Avropa İttifaqı və NATO haqqında bəyanatını tənqid edib.

Bu barədə bazar ertəsi “Frans Press” məlumat yayıb.

Tramp Avropa KİV-lərinə müsahibəsində Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə qərarına heyran qaldığını bildirib. O, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib, NATO-nu mühüm, lakin “köhnəlmiş” təşkilat adlandırıb və Rusiya ilə münasibətlərin yaxşılaşdırılması perspektivlərini təsvir edib.


“Avropa transatlantik əməkdaşlığa həmişə can atacaq, lakin o, qərarları öz maraq və dəyərlərini rəhbər tutaraq qəbul edəcək”, — deyə Olland bildirib. O əlavə edib ki, Avropa “kənardan məsləhətlərə ehtiyac duymur”.

Bundan əlavə, Fransa prezidentinin sözlərinə görə, NATO yalnız təhlükələr köhnələndə “köhnəlmiş” olacaq.

(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru