Aydan gətirilən insan və heyvan sümükləri – Video

18-01-2017, 08:22           
Aydan gətirilən insan və heyvan sümükləri – Video
Tanınmış təhsil qurumlarından Berkli Universiteti Professorlar Şurasının yayımladığı məlumata görə, Aya ilk dəfə gedən insan “Apollon” heyəti deyil, Edvard Cefferson adlı amerikalı bir elm adamıdır.

Axar.az Berkli Universitetinin açıqlamasına istinadən xəbər verir ki, Edvard Cefferson 27 avqust 1932-ci ildə öz yaratdığı bir raketlə Aya getsə də, geri dönə bilməyib. Şuranın iddiaları tənqidə açıq olsa da, xeyli inandırıcıdır.

Berkli Universitetinin geoloqu, professor Everet Simpson Apollon-17 astronavtlarının Aydan gətirdikləri daş və mineralları analiz edərkən bunların arasında bir insan sümüyü ilə qarşılaşmış və son dərəcə heyrətə düşmüşdü. O, əvvəlcə bu sümüyün hansısa bir yanlışlıq üzündən nümunələrin arasına qarışdığını düşünsə də, NASA-ya rəsmi olaraq müraciət etmiş və nümunələrin raketdən quruma qədər möhürlü şəkildə gəldiyini, kənardan heç bir materialın qarışmasının mümkün olmadığı cavabını almışdı.

Eyni universitetin antropoloqlarından Tomas Lefti apardığı incələmələrdən sonra bu sümüyün bir insanın sağ əlinin sümüyü olduğunu açıqlamışdı...

Daha ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru