Liviyadan BMT nümayəndəsinə qadağa –Təyyarənin enişinə icazə verilmədi

19-01-2017, 09:27           

Liviyanın keçid hökuməti BMT-nin xüsusi nümayəndəsi Martin Koblerin olduğu təyyarənin Tobruk Hava Limanına enişinə icazə verməyib.

Bu barədə elə aeroportun nümayəndələri məlumat yayıb.

Bəzi iddialara görə, diplomatın səfərinə qarşı çıxan kəsimin ciddi təzyiqi nəticəsində təyyarənin eniş etməsinə icazə verilməyib.

Kobler də Feysbukda bu barədə paylaşım edərək, olaydan dolayı dərin təəssüf hissi keçirdiyini bildirmişdi.

Qeyd edək ki, diplomat Liviya keçid hökumətinin Nümayəndələr Palatasının sədri Akile Saleh və digər rəsmilərlə görüş keçirəcəkdi.

Axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.