Nikki Heyli:“Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil”

19-01-2017, 09:28           

Yeni Vaşinqton administrasiyası ölkəyə gələn müsəlmanları icbari qeydiyyata almaq niyyətində deyil.

Bunu ABŞ-ın BMT-də daimi nümayəndə vəzifəsinə namizədi Nikki Heyli Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Biz hesab etmirik ki, dini mənsubiyyət əsasında hər hansı məhdudiyyət qoyulmalıdır. Sadəcə biz hansı ölkələrin təhlükə kəsb etdiyini bilərək həmin ölkələrdən gələn insanları yoxlamalıyıq. Ölkəyə daxil olan bütün müsəlmanların yoxlanılmasından söhbət gedə bilməz”, deyə N.Heyli bildirib.

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı Donald Tramp terrorçuluq fəaliyyəti yüksək olan ölkələrdən insanların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru