Qara çadralı qadın savaşçılar üzə çıxdı - FOTOLAR

19-01-2017, 09:43           

Yəmənin qadın savaşçıları üzə çıxıb.

İstiPress-in məlumatına görə, 2004-cü ildən bu yana daxili savaşın yaşandığı ölkədə Səudiyyə Ərəbistanına qarşı husiləri dəstəkləyən qadın döyüşçülər də qatılır.

Avtomat silahlar, raketləri daşıyan qara çadralı qadınlardan bəziləri meydana uşaqları ilə birlikdə çıxıblar.

Şiə məzhəbinin Zeydi qolundan olan Husi aşirəti adını 2004-cü ildə ilk üsyanı başladan Hüseyn Bədrəttin Əl Husidən alıb.

25 milyonluq Yəmən əhalisinin 30 faizini təşkil edən Husilərin lideri 2004-cü ildə, o zamankı rəhbər Əli Abdullah Salihə qarşı ayağa qalxmışdılar.

2014-cü ildə bu etirazlar sürətlə böyüyüb və paytaxt Sənaya qədər çatıb. Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya üsyançıları dayandırmaq üçün 2015-ci ildə Yəmənə müdaxilə edib.

BMT bir neçə günki açıqlamasında Yəməndəki vətəndaş müharibəsində ölənlərin sayının 10 minə çatdığını açıqlamışdı.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.