Polşaya yeridilmiş Amerika tankları atəş açmağa başladı VİDEO

19-01-2017, 16:01           
Polşaya yeridilmiş Amerika tankları atəş açmağa başladı VİDEO
Bu günlərdə mümkün Rusiya təhlükəsinə qarşı Polşada yerləşdirilmiş 3-cü Amerika zirehli tank briqadası təlim atışlarına başlayıb.

Virtualaz.org xəbər verir ki, Polşanın Rusiya ilə sərhədə yaxın poliqonlarından birində yerləşdirilmiş M1 “Abrams” tankları qarlı-şaxtalı havada şərti hədəflərə atəş açırlar. İnternetdə təlim atışlarını əks etdirən kadrlar yayılıb.

Xəbər verildiyi kimi ABŞ Polşada “Abrams” tankları ilə yanaşı M2 “Bredli” piyada döyüş maşınları və M109 “Paladin” qaubitsaları da yerləşdirib. Mümkün Rusiya təhlükəsinə qarşı Pentaqon Polşada 400 vahid tırtıllı zirehli texnika və 900 vahid təkərli texnika yerləşdirməyi planlaşdırır. Texnikaya 3500-ə qədər Amerika həbçisi qulluq edəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru