Tehranda ticarət mərkəzi çökdü: 30 ölü, 38 yaralı - VİDEO

19-01-2017, 16:16           
Tehranda ticarət mərkəzi çökdü: 30 ölü, 38 yaralı - VİDEO
İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb. Bu haqda İranın rəsmi televiziyası məlumat yayıb. (virtualaz)

****

İranın paytaxtı Tehran tekstil mərkəzi sayılan Plasko binasında yanğın baş verib.

Axar.az xəbər verir ki, yanğın nəticəsində 17 mərtbəli Plasko binası çöküb.

Hələlik nə qədər insanın xəsarət aldığı haqqında heç bir məlumat verilmir. Hadisə yerinə Tehranda olan bütün yanğınsöndürmə və təcili tibbi yardım avtomobilləri cəlb edilib. Üstəlik, çökən binanın altında 200 yanğınsöndürənin qaldığı ehtimal edilir.

Onlarla heç bir vasitə ilə əlaqə qurmaq mümkün olmur.

Çökən binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və İngiltərə səfirlikləri artıq təhlükəsizlik məqsədi ilə boşaldılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru