Kerrinin vida nitqində mesajı:"Böyük dövlətlər kiçik ölkələrin torpağını zorla ala bilməz"

20-01-2017, 11:09           

"ABŞ Ukraynadakı vəziyyətə görə, Avropanın Rusiyaya qarşı sanksiyalar ətrafında birləşməsinə təkan verib".

Bu barədə ABŞ dövlət katibi Con Kerri vida nitqində bildirib.

Kerri qeyd edib ki, bu, səlahiyyətləri sona çatan administrasiyanın əsas nailiyyətlərindən biri olub.

“ABŞ Avropanı sanksiyalar ətrafında birləşməyə sövq edib”, – deyə dövlət katibi vurğulayıb.

“Minsk razılaşmaları icra olunmayıb, buna baxmayaraq, Qərb Rusiyaya II Dünya müharibəsindən müəyyən edilən normaları pozduğuna görə ödəyəcəyi qiyməti göstərib. Böyük dövlətlər kiçik ölkələrin torpağını zorla ala bilməz. Bu, beynəlxalq normalara riayət edən müasir dünyada mümkünsüzdür. Ukrayna və Avropa buna qarşı bir mövqedən çıxış edirlər”, – deyə Kerri qeyd edib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru