Tramp administrasiyasında erməni - Foto

21-01-2017, 10:47           

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib. Ermənistan mətbuatı bununla bağlı xəbər yayıb.

Musavat.com-un məlumatına görə, Naxiqyan Ağ evdə administrasiya rəhbərinin müavini vəzifəsini tutan Rik Dirbornu əvəzləyəcək. “Seçkilərdən sonra Naxiqyanın rolu artıb. Keçid prosesi Naxiqyanın etibarlı əllərindədir”, - Dirborn deyib.

Qeyd edək ki, K.Naxiqyanın qardaşı Kit Naxiqyan seçki kampaniyası dövründə Respublikaçılar Partiyasının üzvü kimi prezidentliyə namizəd Donald Trampın məsləhətçisi olub. Erməni qardaşlar Vaşinqtondakı “Nahigian Strategies” şirkətinin rəhbərləridir.

Belə görünür ki, ermənilər fəaliyyəti dövründə Trampı da ələ almağa, ən azı onun dilindən “soyqırım” ifadəsini qoparmağa çalışacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.