ABŞ-da müalicə müəssisəsini qarət etmək istəyən erməni güllələndi
21-01-2017, 11:04
ABŞ-ın Los-Anceles şəhərində müalicə məqsədi ilə marixuana verilən yeri qarət edərkən, Ovik Ohanesyan adlı 50 yaşlı erməni güllələnərək öldürülüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Los-Anceles polisi yayıb. Şahidlər bildirib ki, başları örtülü bir qadın və kişi marixuana verilən binaya girəndən sonra oradan atışma səsləri eşidilib.